"Belə günlərdə dənizə girmək təhlükəlidir" - FHN əhaliyə müraciət etdi

6 İyul 2026 19:29 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə SİA-ya FHN-dən məlumat verilib. Qeyd olunub ki, güclü külək səbəbindən qeyd olunan günlərdə dənizə girmək təhlükəlidir.

FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıraraq, qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Qeyd olunub ki, təhlükə ilə üzləşən şəxslər dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.

Mətləb