Dəfələrlə xəbərdarlığa baxmayaraq, SOCAR-ın Ukraynada obyektlərinə hücumların davam etməsi bu hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət edir.
SİA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN Rusiyanın səfiri Mixail Yevdokimova nota təqdim edərkən bildirib.
Nota Ukraynanın Nikolayev vilayətindəki SOCAR-ın yanacaqdoldurma məntəqəsinə Rusiyanın pilotsuz uçuş aparatları hücumu ilə bağlı verilib.
Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.