Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında keçirilən Avropa Kuboku Azərbaycan millisi üçün uğurla başa çatıb.
SİA Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışın ikinci günündə yığma aktivinə 8 medal yazdırıb.
Mehdi Abbasov (81 kiloqram) və Ramazan Əhmədov (+100 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Cəsur İbadlı (81 kiloqram), Canpolad Əliyev (100 kiloqram) və Nərgiz Əhmədova (48 kiloqram) yarışı gümüş medalla başa vurublar. Süleyman Şükürov (90 kiloqram), Davud Namazlı (100 kiloqram) və Xədicə Qədəşova (57 kiloqram) isə bürünc mükafat əldə ediblər.
Xatırladaq ki, ilk yarış günündə Əbil Yusubov (73 kiloqram) gümüş medala yiyələnmişdi.
Mətləb