ABŞ itkin əsgərləri üçün axtarışı dayandırdı - AÇIQLAMA

6 İyul 2026 03:05 (UTC+04:00)

ABŞ Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizində helikopterin qəzaya uğramasından sonra itkin düşən hərbçinin axtarış-xilasetmə əməliyyatını dayandırıb. SİA-nın məlumatına görə, bu barədə ABŞ HDQ-nin məlumatında deyilir. Məlumata görə, hərbçilər 102 saatdan artıq davam edən axtarışlar zamanı 36 min kvadratkilometrdən çox ərazini yoxlayıblar.

Qeyd edək ki, qəzaya uğrayan helikopter ABŞ-ın "Corc H.W. Buş" adlı aviadaşıyıcının tərkibində fəaliyyət göstərirdi. Qəza zamanı ekipajın dörd üzvündən üçü xilas edilmişdi.

Mətləb