Keçmiş "Borussiya"lı "Qarabağ"da!

5 İyul 2026 22:05 (UTC+04:00)

2026/2027 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" klubu növbəti futbolçu keçidini gerçəkləşdirib. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Macarıstanın "Ferentsvaroş" klubu ilə danışıqlar uğurla yekunlaşıb və Cebrail Makreçkis "Qarabağ"a transfer olunub.

Latviyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu 2029-cu ilin yayına qədər komandada çıxış edəcək. O, 25 nömrəli formanı geyinəcək. Almaniyada doğulan və Leverkuzenin "Bayer 04" klubunun yetirməsi olan futbolçu peşəkar karyerası ərzində "Bonner", "Borussiya" (Dortmund), "Viktoriya" (Berlin), Bolqarıstanda "Pirin" (Blaqoevqrad) klublarında da çıxış edib. O, 2018-ci ildə Latviyanın U-19 milli komandasının formasını geyinib.

Mətləb