Sabunçuda minik avtomobili motosikletlə toqquşub

5 İyul 2026 22:29 (UTC+04:00)

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Mediada yayılan görüntülərə görə, minik avtomobilinin sürücüsü əks hərəkət zolağına çıxaraq motosikletlə toqquşub. Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb, nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Mətləb