"Fənərbaxça" kapitanı ilə müqaviləni yenilədi

5 İyul 2026 23:28 (UTC+04:00)

"Fənərbaxça"nın kapitanı Mert Halan Yandaş klubu ilə yeni müqavilə imzalayıb. SİA-nın məlumatına görə, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsi 1 illikdir. Klubun yaydığı açıqlamada qeyd edilib ki, futbolçu "Fənərbaxça" sevgisini bir daha nümayiş etdirərək minimum əmək haqqı əsasında 1 illik yeni müqavilə imzalayıb.

Mətləb