Basketbol millimiz seçmə mərhələdə son oyununu keçirib...

5 İyul 2026 19:01 (UTC+04:00)

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununu keçirib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv VI turda İrlandiya yığmasını qəbul edib. Bakı İdman Sarayında baş tutan qarşılaşma rəqibin 76:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan yığması növbəti mərhələyə vəsiqə qazana bilməyib.