Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib

5 İyul 2026 18:23 (UTC+04:00)

Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda iyulun 5-də Azərbaycana rəsmi səfərə gəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Zimbabve parlament nümayəndə heyətini Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Yakob Mudendanın ölkəmizin rəsmiləri ilə bir sıra görüşləri keçiriləcək, ikitərəfli əlaqələrin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.