FHN: Həkəri çayında batdığı ehtimal edilən şəxsin axtarışlarına dalğıc-xilasedicilər cəlb olunub

5 İyul 2026 13:11 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.