Azərbaycanın basketbol millisi bu gün İrlandiya ilə üz-üzə gələcək

5 İyul 2026 09:05 (UTC+04:00)

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

SİA-nın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv VI turda İrlandiya seçməsini qəbul edəcək.

Qarşılaşma saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq.

Xatırladaq ki, Azərbaycan millisi A qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.