Putin və Tramp arasında kritik telefon danışığı olub - TƏCİLİ

5 İyul 2026 01:36 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. SİA xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Telefon danışığında Putin həmkarını ABŞ-ın Müstəqillik Günü münasibətilə təbrik edib. Uşakov qeyd edib ki, Vladimir Putin və Donald Tramp söhbət zamanı Ukrayna münaqişəsini də müzakirə ediblər:

“Prezidentlər, təbii ki, Ukrayna münaqişəsinin həlli mövzusuna, o cümlədən Donald Trampın 7-8 iyul tarixlərində Türkiyədə keçiriləcək NATO sammitində iştirakı məsələsinə toxunublar".

Mətləb