Rusiya Prezidenti Vladimir Putin Vergi Məcəlləsinə daxili yanacaq bazarının təminatını stimullaşdırmağa yönəlmiş dəyişiklikləri nəzərdə tutan qanunu imzalayıb.
TASS agentliyinin məlumatına görə, əsas yeniliklərdən b iri kimi birbaşa distillə olunmuş benzinin digər komponentlərlə qarışdırılması yolu ilə istehsal edilən avtomobil benzininin aksiz vergisinə cəlb edilməsi mexanizmi tətbiq olunacaq. Bu üsulla yüksək oktanlı benzin istehsalı rəsmi olaraq yanacaq istehsalına bərabər tutulacaq.
Neft xammalının emalı üzrə şəhadətnaməyə malik vergi ödəyicilərinə, o cümlədən benzinin qarışdırılma yolu ilə istehsalı zamanı aksiz vergisi üzrə güzəşt veriləcək.
Mətləb Salahov