64 yaşlı kişi Həkəri çayında boğulub öldü

5 İyul 2026 03:04 (UTC+04:00)

Zəngilanda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Belə ki, 64 yaşlı kişi Həkəri çayında boğularaq ölüb. Hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Nuşirəvan Mehdi oğlu Həsənov Həkəri çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Mətləb