Türkiyədə daha bir mikroavtobus QƏZASI - 22 nəfər xəsarət alıb

5 İyul 2026 02:22 (UTC+04:00)

Türkiyədə daha bir dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus dərəyə aşıb, 22 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qəzanın mikroavtobus təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsindən sonra baş verdiyi bildirilib.

Mətləb