...Ukrayna dronları Rusiyanın Sankt-Peterburq şəhərindəki neft terminalına hücum edib.
Ərazidə bir neçə yanğın baş verib.
SİA-nın əldə etdiyi məlumata görə, şənbə günü, iyulun 4-ü səhər Sankt-Peterburqdakı neft terminalına hücum edilib.
Bu barədə Rusiyanın Astra Telegram kanalı məlumat verib.
Sankt-Peterburq limanının yaxınlığında yerləşən və dəmir yolu, boru kəməri və dəniz nəqliyyatı arasında neft və neft məhsullarının daşınması üçün istifadə edilən "Peterburq Neft Terminalı" ASC-nin ərazisində yanğın baş verib. World.militares-in Osinters saytı terminal daxilində baş verən çoxsaylı yanğınların koordinatlarını dərc edir.
Exilenova Telegram kanalı neft terminalına bir neçə basqın olduğunu bildirir.
Həmçinin qeyd edilib ki, bir çox PUA-lar vurulub və xeyli sayda PUA boş saxlama çənlərinə düşüb.
Viloyat qubernatoru Aleksandr Drozdenko bildirib ki, Leninqrad vilayəti üzərində 67 PUA vurulub.
Onun sözlərinə görə, dağıntılar Vısotsk limanı yaxınlığında düşüb.
Müdafiə nazirinin müşaviri Sergey Sternenko vurğulayıb ki, Sankt-Peterburq Neft Terminalı Baltikyanı regionun ən böyük terminallarından biridir və 21 neft saxlama çəninə malikdir. Obyektin ötürmə gücü ildə 12,5 milyon tondur.
Əli Babayev