İnsanlar bir neçə litr yanacaq almaq üçün maşınlarında yatırlar...

4 İyul 2026 18:07 (UTC+04:00)

...İnternetdə müvəqqəti işğal altında olan Krımda yanacaq vəziyyəti ilə bağlı şərhlər verən və nümayiş etdirən bir rus qadınının videosu yayılıb.

SİA xəbər verir ki, Censor.NET-in məlumatına görə, görüntülərdə yerli yanacaqdoldurma məntəqəsində benzin üçün bir kilometr uzunluğunda növbənin yarandığı kurort şəhəri Yalta göstərilir.

Rus qadın deyir ki, sakinlər bir neçə litr yanacaq almaq üçün saatlarla növbələrini gözləməli, qızmar günəş altında maşınlarda yatmalı olurlar.

Əli Babayev