Türkiyədə avtobus qəzaya uğrayıb - 40 nəfər yaralı var

4 İyul 2026 00:05 (UTC+04:00)

İstanbuldan İraqa doğru hərəkət edən sərnişin avtobusu Türkiyədə qəzaya uğrayıb, nəticədə 40 nəfər xəsarət alıb. Türkiyə mediasının yazdığına görə hadisə Ankaranı Niğdə ilə birləşdirən magistral yolun Aksaray şəhəri yaxınlığından keçən hissəsində qeydə alınıb.

İlkin məlumatlara əsasən, sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxaraq aşıb. Nəticədə avtobusda olan 37 sərnişin, iki sürücü və bələdçi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Aksaraydakı tibb müəssisələrinə yerləşdiriliblər. Məlumata görə, xəsarət alanlar arasında uşaqlar da var.

Mətləb