TƏBİB-də yeni təyinat

4 İyul 2026 03:04 (UTC+04:00)

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib. SİA Qaynarinfo-ya istinadən xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub. Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib.

Mətləb