Naxçıvanda yük avtomobili yolu keçən piyadaları vurub

3 İyul 2026 22:18 (UTC+04:00)

Naxçıvan şəhərində ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, yük avtomobil yolu qarşı tərəfə keçən 2 nəfəri vurub.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Mətləb