"Zirə" yeni qapıçı transfer edib

3 İyul 2026 20:19 (UTC+04:00)

“Zirə” yeni futbolçu ilə anlaşıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, komanda Hüseynəli Quliyevi heyətinə qatıb.

Qapıçı ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl “Sumqayıt”, “Səbail” və “İmişli” klublarında çıxış edib.