Oktyabrın 4–dən 11-dək Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Fransa millisinin heyəti açıqlanıb.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Cüdo Federasiyasından bildirilib ki, Fransa yığması fərdi yarışlarda 17 cüdoçu (8 kişi və 9 qadın) ilə təmsil olunacaq. Komanda kişilər arasında 5, qadınlar arasında isə 6 çəki dərəcəsində mübarizə aparacaq.
Fransa millisinin heyətində cüdo tarixinin ən titullu idmançılarından biri olan Teddi Riner (+100 kiloqram) də yer alıb. Beşqat Olimpiya çempionu, 12 qat dünya çempionu və 5 qat Avropa çempionu olan 37 yaşlı ağırçəkili cüdoçu Bakıda növbəti dəfə dünya çempionluğu uğrunda tatamiyə çıxacaq.
Fransa millisinin heyəti:
Kişilər
60 kiloqram – Luka Mxeidze, Romen Valadye-Pikar
66 kiloqram – Valid Xyar, Dayki Buba
73 kiloqram – Joan-Benjamin Qaba, Dayan Bulemtafes
90 kiloqram – Maksim-Qael Nqayap Hambu
+100 kiloqram – Teddi Riner
Qadınlar
48 kiloqram – Şirin Bukli
57 kiloqram – Sara-Leoni Sizik
63 kiloqram – Klaris Aqbeqnenu, Manon Deketer
70 kiloqram – Klemans Em
78 kiloqram – Odri Tşeumeo, Kayla İssufi
+78 kiloqram – Roman Diko, Lea Fonten
Bundan başqa, oktyabrın 11-də keçiriləcək qarışıq komanda yarışında Fransa millisinin heyətində Maksim Qober (73 kiloqram), Aleksis Matyö (90 kiloqram), Mateo Akiana Monqo və Tyeman Diabi (hər ikisi +90 kiloqram), həmçinin Marta Favaz (57 kiloqram) da yer alacaq.