Kamran Əliyev Xətai rayonunda vətəndaşları qəbul edib

3 İyul 2026 16:20 (UTC+04:00)

Baş prokuror Kamran Əliyev paytaxtın Xətai rayonunda vətəndaşları qəbul edib.

Bu barədə SİA-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.