Bakı Şəhəri üzrə Təhsil İdarəsinə iyun ayında 13 mindən çox müraciət daxil olub

3 İyul 2026 10:45 (UTC+04:00)

İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 13 694 müraciət daxil olub.

BŞTİ-dən SİA-ya bildirilib ki, daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 8196 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 2063 müraciət daxil olub. BŞTİ-yə 3099 sənəd (vətəndaşlar tərəfindən 523 ərizə, Elm və Təhsil Nazirliyindən 576, digər qurumlardan 341, tabelikdə olan təhsil müəssisələrindən 672 məktub və 987 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 336 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.