"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir

3 İyul 2026 11:11 (UTC+04:00)

"Neftçi"nin 3x3 basketbol komandası Fransanın Marsel şəhərində keçirilən Dünya Qadın Seriyasında mübarizəyə bu gün start verir.

SİA-nın məlumatına görə, komanda əsas mərhələnin A qrupunda Macarıstan və Slovakiya yığmaları ilə qarşılaşacaq.

Paytaxt təmsilçisi saat 19:30-da Macarıstan, 21:35-də isə Slovakiya seçməsi ilə üz-üzə gələcək.