Azərbaycan BMT ilə yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsini müzakirə edib

3 İyul 2026 10:20 (UTC+04:00)

Azərbaycan ilə BMT arasında yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, piyadaların və digər yol hərəkəti iştirakçılarının qorunması, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

SİA Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Rəşad Nəbiyev ilə BMT Baş katibinin yol hərəkəti təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Tod arasında görüşdə aparılıb.

Məlumata əsasən, eyni zamanda Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində həyata keçirilən islahatlar və görülən işlər barədə məlumat verilib.