"Neftçi" "ÇFR Kluj"a uduzdu

2 İyul 2026 22:19 (UTC+04:00)

"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb. SİA xəbər verir ki, Yuri Vernidubun komandası "ÇFR Kluj" ilə üz-üzə gəlib. Matç rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"ın heyətində Bassala Sambu fərqlənib.

Qeyd edək ki, "Neftçi" iyulun 6-da "Partizan" (Serbiya), 10-da "Radniçki Niş" (Serbiya), 13-də isə "Osiyek" (Xorvatiya) ilə qarşılaşacaq.

Mətləb