“İmişli" klubunun yeni baş məşqçisi müəyyənləşib

2 İyul 2026 20:34 (UTC+04:00)

“İmişli" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisindən verilən məlumata görə, bu vəzifəyə Fərid Namazov təyin olunub. Onunla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, UEFA Pro kateqoriyalı mütəxəssis karyerası ərzində "Qarabağ", "Səbail", Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında çalışıb.

“İmişli” 2024/2025-ci illər mövsümündə məhz Fərid Namazovun rəhbərliyi altında I Liqadan Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.