Ordubadda minik avtomobili qaz xəttini qırıb

2 İyul 2026 18:21 (UTC+04:00)

Ordubad rayonunda minik avtomobilinin qaz borusuna çırpılması nəticəsində rayonun qaz təchizatı dayandırılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hazırda ərazidə təmir-bərpa işləri aparılır. İşlər yekunlaşandan sonra təbii qazın verilişi bərpa olunacaq.