Nigeriya Beynəlxalq Enerji Agentliyinə “tərəfdaş ölkə” kimi qoşulub

2 İyul 2026 17:54 (UTC+04:00)

Afrikanın aparıcı enerji istehsalçısı və ən çox əhalisi olan Nigeriya “tərəfdaş ölkə” statusu ilə Beynəlxalq Enerji Agentliyinə (BEA) qoşulub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə IEA-nın məlumatında deyilir.

Bildirilir ki, IEA-nın İdarə Heyəti Nigeriyanı “tərəfdaş ölkə” kimi qəbul etmək barədə yekdilliklə qərar qəbul edib.

Qeyd edək ki, 240 milyondan çox əhalisi olan Nigeriya Afrikanın ən böyük iqtisadiyyatlarından biridir, əsas neft və qaz istehsalçısı və qitədə dinamik bərpaolunan enerji bazarına malikdir.

IEA qlobal enerji tələbatının 80 faizindən çoxunu təmsil edir.