...Rusiyanın kütləvi hücumundan sonra Hollandiyanın müdafiə naziri Dilan Yesilgoz-Zegerius (...kürd əsillidir. Amsterdam Səhiyyə Departamentinin əməkdaşı Rene Zeegeriuslə ailəlidir-A.B.) sülhün təcavüzkara güzəşt etməklə deyil, yalnız Ukraynaya dəstəyi artırmaqla əldə edilə biləcəyini bildirdi.
BSİA-nın əldə etdiyi məlumata görə, bu barədə onun X sosial media platformasındakı paylaşımında deyilir.
...Putinin vəhşiliklərinin həddi-hüdudu yoxdur... Yenə də uşaqlar da daxil olmaqla çoxlu sayda ölü və yaralı var. Sülhə təcavüzü təşviq etməklə deyil, Ukraynanı dəstəkləməklə nail olmaq olar", - deyə paylaşımda bildirilir.
Xatırladaq ki, 2 iyul 2026-cı il gecəsi Rusiya hücum dronları, ballistik raketlər və qanadlı raketlərdən istifadə edərək Kiyevə kütləvi, birləşmiş hücum etdi.
Partlayışlar bir neçə saat davam edib və hava hücumundan müdafiə qüvvələri paytaxt üzərindəki hava hədəflərinə zərbələr endirib.
Əli Babayev