Atletlərimizdən Qazaxıstanda uğurlu nəticə

2 İyul 2026 02:23 (UTC+04:00)

Qazaxıstanın Çimkənd şəhərində təşkil olunan atletika üzrə XXXV Qosanov Memorialına yekun vurulub. SİA xəbər verir ki, Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışının ikinci günündə mübarizəyə qoşulan atletlərimiz Yekaterina Sariyeva və Rüstəm Məmmədov uğurlu çıxış ediblər.

Hər iki atletimiz üç təkanla tullanma növündə mükafatçılar sırasına düşüb. Sariyeva 13.47 metr nəticə ilə 2-ci yeri tutub. Rüstəm Məmmədov isə 15.85 metr göstərici ilə bürünc medal qazanıb.
Mətləb