İngiltərə millisi 1\8 finalda! - YENİLƏNİB

1 İyul 2026 22:16 (UTC+04:00)

Futbol üzrə dünya çempionatında İngiltərə Konqo Demokratik Respublikası millisinə qalib gəlib. Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.

Görüşdə hesabı Konqo açıb. 7-ci dəqiqədə Brian Sipenqa dəqiq zərbə müəllifi olub. Lakin ikinci hissədə güc toplayan ingilislər 75 və 86-cı dəqiqədələrdə Harri Heynin vurduğu qollar sayəsində qalib gəliblər. Bu qalibiyyət sayəsində İngiltərə seçməsi 1/8 finalda Meksika ilə qarşılaşacaq.

Mətləb