Biz sülhü kağız üzərində deyil, real həyatda tətbiq etməyə hazırıq və bu gün də, hər gün bu istiqamətdə çalışmalıyıq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında deyib.
“Biz bağlantı vasitəsilə sülhü təşviq etmək istərdik”, - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.