Tətil zamanı işlə bağlı bildirişlərdən uzaq qalmaq həm emosional, həm də peşəkar tükənmə riskini azaltmağa kömək edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, psixoloqların fikrincə istirahət zamanı iş mesajları insanda narahatlıq yaradırsa, ən doğru addım telefonun bildirişlərini söndürməkdir. Əks halda, davamlı gərginlik yüksək təşvişə və psixoloji problemlərə səbəb ola bilər.
Araşdırmalara görə, insanlar işlərini itirmək qorxusu ilə məzuniyyət zamanı da zəng və mesajlara cavab verməyə davam etdikdə, bu, zamanla tükənmişlik sindromuna yol aça bilər. Hətta oxunmamış bir bildiriş belə insanın gərginliyini artırmağa qadirdir. Buna görə də mütəxəssislər tətil müddətində "rəqəmsal gigiyena" qaydalarına əməl etməyi, bildirişləri deaktiv edib istirahətə tam fokuslanmağı tövsiyə edir.