"Qarabağ" yoxlama oyununda Ukrayna klubuna böyük hesabla uduzub

1 İyul 2026 17:05 (UTC+04:00)

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

SİA xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ"ın heyətində qolları 48-ci dəqiqədə klubun yeni transferi Jali Muaddib və 68-ci dəqiqədə penaltidən Kadi Borges vurublar.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv günün ikinci matçında Macarıstanın "Ferensvaroş" komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk sınaq oyununda yerli “Tirol” komandasına 4:0 hesabı ilə qalib gəlib.