Azərbaycan parataekvondoçuları beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar

1 İyul 2026 16:03 (UTC+04:00)

Azərbaycanın üç parataekvondoçusu Cənubi Koreyada keçiriləcək beynəlxalq təlim-məşq toplanışına dəvət alıb.

Milli Paralimpiya Komitəsindən SİA-ya bildirilib ki, Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və "Taekwondowon" İdman Kompleksinin birgə təşkilatçılığı ilə iyulun 1-7-də Muju şəhərində təşkil olunacaq hazırlıq prosesində Sabir Zeynalov (58 kiloqram), Amin Əliyev (63 kiloqram) və Səmayə Həsənova (47 kiloqram) iştirak edəcəklər.

Təlim-məşq toplanışına dünyanın 10-dan çox ölkəsindən ümumilikdə 40 parataekvondoçu xüsusi dəvətlə qatılacaq.