...Vladimir Putinin Rusiya ordusunun Ukraynaya qarşı müharibədə qalib gəldiyi iddiaları artıq rusları qıcıqlandırmağa başlayıb.
SİA xəbər verir ki, bu, “Financial Times” qəzetinin yeni məqaləsində müzakirə olunur.
“Financial Times” qeyd edib ki, yeni rəy sorğusuna görə, Putinə inam 69 faizə düşüb.
Bu, 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumundan bəri ən aşağı səviyyədir. Lakin Rusiya cəmiyyəti narazılığının böyük hissəsini Kreml ağası deyil, Putinin üzvü olmadığı hökumətyönlü “Vahid Rusiya” partiyasına yönəldir. Qeyd edək ki, “Vahid Rusiya”nın reytinqi hazırda təxminən 30 faizdir.
2026-cı ilin sentyabrında Dövlət Duması seçkilərindən əvvəl Putin özünü “Vahid Rusiya” ilə daha sıx əlaqədə saxlamağa qərar verib.
O, partiyanın 23-cü qurultayında çıxış edib. “Vahid Rusiya” həmçinin 2007-ci ildən bəri ilk dəfə özünü "prezidentin partiyası" adlandırıb.
“Financial Times” məqaləsində bildirilir ki, ruslar Putinin Rusiya ordusunun Ukraynaya qarşı müharibədə qalib gəldiyi iddialarından qıcıqlanırlar.
Onlar Ukrayna Müdafiə Qüvvələrinin Rusiyadakı hərbi və strateji hədəflərə endirdiyi hava zərbələrinin nəticələrini hər gün görürlər. Ruslar uzun müddətdir davam edən çatışmazlıq səbəbindən avtomobilləri üçün benzin və dizel yanacağı ala bilmirlər.
Bundan əlavə, Rusiya işğal ordusu hər gün çoxlu sayda şəxsi heyət itkisi verir, cəbhədə isə demək olar ki, heç nəyə nail olmur.
Lakin Putin inadla iddia edir ki, Rusiya qoşunları müharibədə qalib gəlir.
Əli Babayev