“ABŞ–İsrail münasibətlərində hər nə qədər taktiki fikir ayrılıqları olsa da, bu münasibətlər müttəfiqlik və strateji tərəfdaşlıq xarakterini qoruyub saxlayır”.
Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov deyib.
Onun sözlərinə görə, son dövrlərdə bəzi beynəlxalq media orqanlarında Donald Tramp və Benyamin Netanyahu arasında müəyyən gərginliyin olduğu barədə məlumatlar yayılır:
”Lakin bu, iki ölkə arasındakı fundamental ittifaqın sarsılması anlamına gəlmir. ABŞ Yaxın Şərqdə İsraili özünün əsas strateji tərəfdaşı hesab edir və bu yanaşmanın yaxın perspektivdə dəyişəcəyi gözlənilmir.
Bununla belə, Vaşinqton və Təl-Əviv regionda baş verən proseslərə hər zaman eyni prizmadan yanaşmırlar. İsrail üçün əsas prioritet təhlükəsizlikdir. İranın nüvə proqramı, onun regiondakı təsiri, eləcə də Hizbullah və digər silahlı qrupların fəaliyyəti Təl-Əviv tərəfindən birbaşa milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. ABŞ isə daha geniş regional və qlobal maraqlar çərçivəsində hərəkət edir. Vaşinqton üçün Yaxın Şərqdə sabitliyin qorunması, enerji bazarlarında kəskin dalğalanmaların qarşısının alınması, ərəb dövlətləri ilə münasibətlərin balanslaşdırılması və İranla bağlı risklərin idarə olunması da mühüm əhəmiyyət daşıyır.
Məhz bu səbəbdən tərəflər arasında zaman-zaman fikir ayrılıqları yaranır. İsrail bəzi hallarda daha sərt və preventiv hərbi addımların atılmasının tərəfdarı olduğu halda, ABŞ diplomatik mexanizmlərin qorunub saxlanmasına üstünlük verə bilir. Lakin tarix göstərir ki, bu cür fikir ayrılıqları adətən strateji əməkdaşlığa ciddi zərbə vurmur.
ABŞ–İsrail münasibətlərində hər nə qədər taktiki fikir ayrılıqları olsa da, bu münasibətlər müttəfiqlik və strateji tərəfdaşlıq xarakterini qoruyub saxlayır. Son dövrlərdə bəzi beynəlxalq media orqanlarında Donald Tramp və Benyamin Netanyahu arasında müəyyən gərginliyin olduğu barədə məlumatlar yayılır. Lakin bu, iki ölkə arasındakı fundamental ittifaqın sarsılması anlamına gəlmir. ABŞ Yaxın Şərqdə İsraili özünün əsas strateji tərəfdaşı hesab edir və bu yanaşmanın yaxın perspektivdə dəyişəcəyi gözlənilmir.
Bununla belə, Vaşinqton və Təl-Əviv regionda baş verən proseslərə hər zaman eyni prizmadan yanaşmırlar. İsrail üçün əsas prioritet təhlükəsizlikdir. İranın nüvə proqramı, onun regiondakı təsiri, eləcə də Hizbullah və digər silahlı qrupların fəaliyyəti Təl-Əviv tərəfindən birbaşa milli təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. ABŞ isə daha geniş regional və qlobal maraqlar çərçivəsində hərəkət edir. Vaşinqton üçün Yaxın Şərqdə sabitliyin qorunması, enerji bazarlarında kəskin dalğalanmaların qarşısının alınması, ərəb dövlətləri ilə münasibətlərin balanslaşdırılması və İranla bağlı risklərin idarə olunması da mühüm əhəmiyyət daşıyır.
Məhz bu səbəbdən tərəflər arasında zaman-zaman fikir ayrılıqları yaranır. İsrail bəzi hallarda daha sərt və preventiv hərbi addımların atılmasının tərəfdarı olduğu halda, ABŞ diplomatik mexanizmlərin qorunub saxlanmasına üstünlük verə bilir. Lakin tarix göstərir ki, bu cür fikir ayrılıqları adətən strateji əməkdaşlığa ciddi zərbə vurmur.
Gələcək perspektivə gəldikdə isə, ABŞ–İsrail əməkdaşlığının davam edəcəyinə şübhə yoxdur. Bununla yanaşı, regiondakı konkret məsələlər ətrafında müzakirələrin və fikir ayrılıqlarının artması ehtimalı da mövcuddur. Xüsusilə İran məsələsi və Livan istiqaməti üzrə tərəflərin yanaşmaları müəyyən dərəcədə fərqlənə bilər. Ümumilikdə isə yaxın illərdə ABŞ–İsrail münasibətlərində əsas xətt qarşıdurma deyil, koordinasiyalı strateji tərəfdaşlıq olaraq qalacaq.
Bununla yanaşı, regiondakı konkret məsələlər ətrafında müzakirələrin və fikir ayrılıqlarının artması ehtimalı da mövcuddur. Xüsusilə İran məsələsi və Livan istiqaməti üzrə tərəflərin yanaşmaları müəyyən dərəcədə fərqlənə bilər. Ümumilikdə isə yaxın illərdə ABŞ–İsrail münasibətlərində əsas xətt qarşıdurma deyil, koordinasiyalı strateji tərəfdaşlıq olaraq qalacaq”.