Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb

1 İyul 2026 14:28 (UTC+04:00)

Bu gün Neftçala rayonu ərazisində, Kür çayının Xəzər dənizi ilə qovuşduğu hissədə 400 min ədəd nərəkimilər fəsiləsinə aid balıq körpəsi təbii mühitə buraxılıb.

Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, balıq körpələrinin təbii su hövzələrinə buraxılması proqramı çərçivəsində dövlət-özəl tərəfdaşlığı əsasında və dövlətə məxsus "Xıllı Balıq" MMC-nin iştirakı ilə balıqların Xəzər dənizinə buraxılması prosesi həyata keçirilib.

Ümumilikdə, Azərbaycanın su hövzələrində balıq ehtiyatlarının artırılması və biomüxtəlifliyin qorunması məqsədilə cari il ərzində 600 min ədədə yaxın ədəd, çəkisi 2–10 qram arasında olan nərə cinsli balıq körpəsinin təbii mühitə buraxıldı.

Qeyd edək ki, 22 may – Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Neftçalada 2 min ədəd orta çəkisi 0,5-1 kq arası nərə cinsli balıq körpəsinin Xəzər dənizinə buraxılması ilə bu ekoloji aksiyaya start verilib.

Həyata keçirilən tədbirlərin əsas məqsədi nəsli kəsilməkdə olan nərə cinsli balıq ehtiyatlarının bərpasına dəstək vermək, ekoloji tarazlığı qorumaq və su hövzələrinin biomüxtəlifliyinin daha da zənginləşdirilməsinə töhfə verməkdir.