Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib

1 İyul 2026 11:32 (UTC+04:00)

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

SİA xəbər verir ki, ümumi çəkisi 5200 kiloqram olan 18700 ədəd xaş-xaş kolu məhv edilib.