Bu gün Bakının 2 rayonu qazsız qalacaq

1 İyul 2026 01:03 (UTC+04:00)

Bu gün Bakının Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək. SİA xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Mətləb