15 və 17 yaşadək qızlardan ibarət Azərbaycan millilərinin məşqçilər heyətində yeni təyinatlar və dəyişikliklər olub.
Bu barədə SİA-ya AFFA-dan məlumat verilib.
U-15 millisinin baş məşqçisi təyin olunan Rövşən Qasımov qadınlardan ibarət əsas yığmada məşqçi kimi fəaliyyətini davam etdirəcək. Azərbaycan millisinin futbolçusu Manə Mollayeva onun köməkçisi, yığmanın digər üzvü Günay İsmayılova qapıçılar üzrə məşqçi olacaq. U-15 millisinin köməkçi məşqçisi Samirə Aşırova ilə yollar ayrılıb.
U-17-yə baş məşqçi təyin olunan Xanlar Əliyev həmçinin əsas millinin köməkçi məşqçisi kimi fəaliyyətini davam etdirəcək.
Bundan əlavə, Əli Muradov U-15, U-17 və U-19 qızlardan ibarət milli komandalarda fitness hazırlığı üzrə məşqçi vəzifəsinə təyin olunub.