...Yaşlı bir insanın birdən çox tapşırıq yerinə yetirərkən ilk addımı atması üçün sərf etdiyi vaxt onun ömür uzunluğu ilə birbaşa əlaqəlidir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Daily Mail yazıb.
İsrailli tədqiqatçılar təxminən iyirmi il ərzində 65 yaşdan yuxarı bir qrup könüllüləri izləyərək onların tarazlığını, duruşunu və əzələ reaksiya müddətini qiymətləndiriblər. Tədqiqat göstərib ki, hərəkətə başlamazdan əvvəl hər əlavə 100 millisaniyəlik gecikmə ölüm riskini 30 faiz artırır. Alimlər vurğulayırlar ki, gəzinti zamanı yavaşlıq, xüsusən də beynin diqqəti bir-biri ilə əlaqəsiz tapşırıqlarla yayındıqda, bədənin nevroloji və fizioloji dayanıqlığının azaldığını göstərir.
Təcrübədə orta yaşı 78 olan 120 nəfər iştirak edib.
İştirakçılar gəzinti tapşırıqlarını eyni zamanda uyğun olmayan sözlər olan kartlardakı şriftlərin rənglərini adlandırarkən yerinə yetiriblər.
Tədqiqat müşahidə dövründə sağ qalanlarla ölənlər arasında əhəmiyyətli bir fərq aşkar edib: birincisi hərəkəti orta hesabla 313 millisaniyəyə, ikincisi isə 423 millisaniyəyə başlayıb.
Mütəxəssislər qeyd edirlər ki, hərəkətin yavaşlaması çox vaxt baldır əzələlərinin yaşla bağlı zəifləməsi, oynaq elastikliyinin itirilməsi və sinir impulslarının ötürülməsində gecikmələrdən qaynaqlanır.
Tədqiqatçılar hesab edirlər ki, bu cür testlərin standart klinik müayinələrə daxil edilməsi həkimlərə koqnitiv-motor pozğunluqlarını tez bir zamanda müəyyən etməyə və koordinasiyanı yaxşılaşdırmaq üçün proqramlar hazırlamağa kömək edəcək.
Əli Babayev