Çətin boşanmadan sonra...
...Anjelina Coli yeni bir səhifə açmağa hazır görünür. Hollivud ulduzu uzun müddətdən sonra ilk dəfə olaraq Bred Pittdən boşandıqdan sonra şəxsi həyatı haqqında açıq danışıb. SİA xəbər verir ki, yeni filmi "Couture"un tanıtım kampaniyası zamanı aktrisa Yahoo Entertainment-ə verdiyi müsahibədə uşaqlarını böyütməyin həyatını yenidən qiymətləndirməyə kömək etdiyini və indi əsl özünə qayıtmağa hazır olduğunu etiraf edib.
51 yaşlı Coli-nin sözlərinə görə, qızları onunla yetkin qadınlar kimi ünsiyyət qururlar və bu, onu bir vaxtlar onun üçün vacib olan şeylər haqqında düşünməyə vadar edir.
...İndi qızlarım böyüdükcə bir çox yeni şeylər kəşf edirəm. Onlar üçün nəyi qorumaq istədiyim və nəyi itirməməli olduqları barədə düşünürəm. Və bu, mənə özümün nəyi itirə biləcəyimi xatırladır, - aktrisa paylaşıb.
Və o, əlavə edib ki, uşaqları vasitəsilə özünü yenidən kəşf etdiyini hiss edir və bu, ona yalnız ana kimi deyil, həm də öz istəkləri, xəyalları eləcə də planları olan bir qadın kimi hiss etmək imkanı verib.
...Bir növ, onlar məni əvvəlki halıma qaytarırlar. Düşünürəm ki, onlar məni indi sadəcə bir ana kimi görmək istəmirlər və nəhayət ki, yenidən özüm ola biləcəyimi hiss edirəm, - deyə Coli bildirib.
Aktrisa həmçinin Bred Pittdən ayrıldıqdan sonra heç bir romantik münasibətinin olmadığını açıq şəkildə bəyan edib.
O vaxtdan bəri uşaqlarına və ailəsinə diqqət yetirir. Eyni zamanda, o, həyatında yeni bir mərhələyə hazır olduğunu etiraf edir.
...Artıq 51 yaşımda olduğumu hiss etmirəm və qocalıq haqqında düşünməyə hazır deyiləm. Yenidən yaşamalı olduğumu hiss edirəm. Yenidən azad olmaq üçün. Çünki həyat məni bir az sındırdı, - deyə Anjelina əlavə edib.
Xatırladaq ki, Coli və Bred Pitt 2014-cü ildə evləniblər. Lakin cəmi iki il sonra aktrisa boşanma üçün müraciət edib və bu proses on ildən çox davam edib.
Keçmiş cütlük altı uşaq - Şilo, Vivien və Noks, eləcə də övladlığa götürülmüş uşaqlar - Meddoks, Paks və Zahara böyüdüblər. Lakin uşaqların bəziləri atalarının soyadından imtina ediblər.
Nazlı Almuradova