Azərbaycanın basketbol hakimləri gənclər arasında keçiriləcək Avropa çempionatlarına təyinat alıblar.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
Hakimlər Ruslan Xalıqov, Urfan Bayramlı, Toğrul Həsənov və hakim-komissar Asif Bağışov qitə birinciliklərində iş başında olacaqlar.
R.Xalıq U-18, U.Bayramlı U-20, T.Həsənov U-20, A.Bağışov isə U-16 Avropa çempionatının B divizionunun qarşılaşmalarını idarə edəcəklər.
Xatırladaq ki, Avropa birincilikləri iyul və avqustda gerçəkləşəcək.