Millət vəkilinin evindən qızıl iç geyimi müsadirə edilib

30 İyun 2026 14:26 (UTC+04:00)

İraqda keçirilən antikorrupsiya qarşı əməliyyat zamanı parlamentin üzvü olan Hind əl-Abbasinin evindən 57 milyon dollar nağd pul, 27 kiloqram təmiz qızıl və qızıl alt paltarının müsadirə olunduğu bildirilib..

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı parlament üzvləri və bürokratlar da daxil olmaqla 47 nəfər şübhəli şəxs saxlanılıb və istintaqa cəlb ediliblər.

Axtarış zamanı müsadirə edilmiş materiallarla bağlı rəsmi orqanlar tərəfindən hələlik ətraflı açıqlama verilməyib. Keçirilən əməliyyat parlament üzvlərini, yüksək vəzifəli bürokratları və dövlət məmurlarını hədəf alıb. İraq Ali Məhkəmə Şurası tərəfindən bildirilən məlumata görə, əməliyyatda keçmiş neft nazirinin müavinindən əməliyyat zamanı təxminən 10 milyon dollar nağd pul, 3 milyard İraq dinarı, qızıl zinət əşyaları, çoxsaylı silahlar və təxminən 40 əmlak müsadirə edilib.

Baş nazir Əli əl-Zeydi korrupsiyaya qarşı aparılan mübarizədə heçkəs üçün güzəştə getməyəcəyini bildirib və bu, əməliyyatların davam edəcəyini yeni adların açıqlanacağını elan edib .

Lətifə Abdıyeva