Azərbaycan sumoçuları Avropa çempionatında dörd medal qazanıblar

30 İyun 2026 12:59 (UTC+04:00)

Azərbaycan sumoçuları Șotlandiyanın Stirlinq şəhərində keçirilmiş Avropa çempionatında 1 qızıl və 3 bürünc medal qazanıblar.

Bu barədə SİA-ya Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından məlumat verilib.

Cavid Yusifov (115 kq) qızıl, Əmrah Şəfiyev (85 kq və mütləq çəki) iki bürünc mükafata sahib çıxıb. Azərbaycan millisi komanda yarışında da bürünc medal qazanıb.

Qeyd edək ki, bu il sumo üzrə dünya çempionatı ilk dəfə 17-18 oktyabr tarixlərində Bakıda keçiriləcək.