Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir

30 İyun 2026 11:00 (UTC+04:00)

Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilir.

SİA xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.

Gündəliyə “Metrik Konvensiya”ya qoşulmaq və “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi, eləcə də Cinayət-Prosessual, Cəzaların İcrası, Mənzil və İnzibati Xətalar məcəllələrinə, “Normativ hüquqi aktlar haqqında”, “Dövlət qulluğu haqqında”, “Media haqqında”, “Ümumi təhsil haqqında” və digər qanunlara təklif olunan dəyişikliklər daxildir.

Plenar iclasda həmçinin “Psixiatriya yardımı haqqında”, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Hesablama Palatası haqqında”, “Gömrük tarifi haqqında” qanunlara, eləcə də Cinayət Məcəlləsi və digər qanunvericilik aktlarına dəyişiklikləri nəzərdə tutan qanun layihələri müxtəlif oxunuşlarda müzakirə olunur.

Plenar iclas davam edir.