Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək

30 İyun 2026 10:56 (UTC+04:00)

Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək.

SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.